Şrift:
"Pençe Kılıç" əməliyyatı başlayandan 184 terrorçu zərərsizləşdirilib
22.11.2022 [10:21] - Gündəm, Türk dünyası-Turan
Türkiyə ordusu Suriya və İraqda "Pençe Kılıç" yeni hava əməliyyatı başladığı gündən 184 terrorçunu zərərsizləşdirib.

Bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar bildirib.

"Bu rəqəmlərin daha da artacağını gözləyirik. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Türkiyə silahlı qüvvələri əməliyyat zamanı mülki əhaliyə, ətraf mühitə, tarixi, mədəni və dini tikililərə zərər vurmamaq üçün həssaslıq göstərir.
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed