Şrift:
Ərdoğan PKK/YPG terrorçularına qarşı əməliyyatla bağlı yeni göstərişlər verib
22.11.2022 [10:22] - Gündəm, Türk dünyası-Turan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi müdafiə naziri Hulusi Akar ilə telefon danışığında YPG terrorçularına (PKK-nın Suriya qanadı) qarşı son əməliyyatı müzakirə edib və yeni göstərişlər verib.

Türkiyə ordusunun Komandanlıq Mərkəzində olan H.Akar prezidentə davam edən əməliyyat, eləcə də qurudan və havadan vurulan hədəflər, hazırkı fəaliyyətlər, zərərsizləşdirilən terrorçular haqqında məlumat verib.

Qeyd edək ki, daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, gün ərzində terrorçular Türkiyə ərazisinə 10 raket zərbəsi endiriblər.
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed