Şrift:
Rasim Balayev: ‘Aksiyanın keçirilməsinin tamamilə əlehinəyəm’
18.01.2013 [14:00] - Sosial
“Mənim adımdan siyasi məqsədlər üçün istifadə edilir”

Məşhur aktyor və Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayevə qarşı vergidən yayınmaqla bağlı irəli sürülən ittihamlara qarşı etiraz aksiyası keçiriləcək.

Aksiya yanvarın 26-da saat 4-də Vergilər Nazirliyinin qarşısında keçiriləcək. Artıq Facebook sosial şəbəkəsində bununla bağlı səhifə yaradıblar.

Məsələylə bağlı Rasim Balayev açıqlama verib. Tanınmış aktyor, bu aksiyanın təşkil edənlərlə heç bir əlaqəsi olmadığını və aksiya təşkilatçılarının bunu siyasi divident qazanmaq üçün etdiyini söyləyib:

“Bu gün məni nə sıxan var, nə də incidən. Kimlərsə bu məsələni öz siyasi ambisiyası üçün istifadə edir. Mənim adımdan siyasi məqsədlər üçün istifadə edilir. Mən buna icazə vermərəm. Aksiyanın keçirilməsinin tamamilə əlehinəyəm”.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı cinayət işi başlanıb. Vergilər Nazirliyinin İstintaq İdarəsi Kinematoqrafçılar İttifaqına qarşı açılmış cinayət işi çərçivəsində qurumu istintaq edir.

Əfsələddin Ağalarov
Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed