Şrift:
Bu gün daha iki qrupda mübarizəyə start veriləcək
22.11.2022 [10:30] - Gündəm, İdman, Bildiriş
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə start veriləcək.

Günün ilk matçı C qrupunda baş tutacaq.


Mundialın favoritlərindən hesab olunan Argentina millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Bu qrupun digər matçında Meksika yığması Polşanı sınağa çəkəcək.

D qrupunda Danimarka seçməsi Tunislə, Fransa isə Avstraliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Dünya çempionatı

22 noyabr

C qrupu

14:00. Argentina - Səudiyyə Ərəbistanı

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

“Lusail” stadionu

20:00. Meksika - Polşa

Baş hakim: Kris Bit (Avstraliya)

“Stadion 974”

D qrupu

17:00. Danimarka - Tunis

Baş hakim: Sesar Arturo Ramos

“Edyukeyşn Siti” stadionu

23:00. Fransa - Avstraliya

Baş hakim: Viktor Qomes (Cənubi Afrika Respublikası)
Bu xəbər oxucular tərəfindən 1965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed