Şrift:
Milli Məclisin deputatları ASEAN PA-nın 43-cü Baş Assambleyasında keçirilən müzakirələrdə iştirak ediblər
24.11.2022 [10:01] - Gündəm, Siyasət
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ASEAN Parlamentlərarası Assambleyasının (ASEAN PA) 43-cü Baş Assambleyasında iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdədir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, noyabrın 23-də Baş Assambleya çərçivəsində təşkilata üzv ölkələrin nümayəndələri ilə müşahidəçi parlamentlərin təmsilçiləri arasında dialoq keçirilib. Tədbirdə Milli Məclisin üzvləri - Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Ramin Məmmədov və Elnur Allahverdiyev iştirak ediblər.

“Sülh, davamlı inkişaf və COVID-19-dan bərpaya investisiya” mövzusunda keçirilən müzakirələrdə deputatlarımız çıxış edərək, Azərbaycanın sülh, davamlı inkişaf, COVID-19-dan sonrakı dövrdə bərpa prosesində fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat veriblər.

Daha sonra Milli Məclisin üzvləri tərəfindən üzv parlamentlərin nümayəndələrinin sualları cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed