Şrift:
Türkiyə ordusu "Pəncə-Qılınc" əməliyyatında 326 terrorçu məhv edib
25.11.2022 [12:27] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın başladığı "Pəncə-Qılınc" antiterror əməliyyatı çərçivəsində bu günədək 326 terrorçunu məhv edib.

Bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O vurğulayıb ki, əməliyyat bölgələrində həm hava, həm də quru əməliyyatları davam etdirilir.

Qeyd edək ki, "Pəncə-Qılınc" əməliyyatı noyabrın 20-də başlayıb.

Bir neçə gün əvvəl H.Akar öz açıqlamasında bu il ərzində Türkiyə ordusunun Suriya və İraqda 3 600-ə yaxın terrorçunu məhv etdiyini açıqlamışdı.
Bu xəbər oxucular tərəfindən 803 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed