Şrift:
ABŞ-da azərbaycanlı rəssamların əsərlərindən ibarət rəsm sərgisi açılacaq
30.11.2022 [12:33] - Gündəm, Mədəniyyət
Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Mayamidə gənc rəssamlarımızın əsərlərindən ibarət qrup sərgisi açılacaq.

Sərgi “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi ilə Azərbaycanın Amerikadakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Sərginin açılmasında məqsəd mədəniyyət və incəsənətimizi yerli ictimaiyyətin diqqətinə çatdırmaq, onları yaxından tanış etməkdir.

Dekabrın 15-də təşkil olunacaq sərgi 22-dək ziyarətçilər üçün açıq qalacaq.

Sərgidə 17 rəssamın 71 rəsm əsəri nümayiş ediləcək.
Bu xəbər oxucular tərəfindən 1444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed