Şrift:
Fransada Azərbaycan və Türkiyə səfirlərinin görüşü olub
02.12.2022 [10:20] - Gündəm, Siyasət
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın qardaş Türkiyənin bu ölkədəki səfiri Ali Onaner ilə görüşü olub.

Görüşdə səfirlər iki qardaş ölkə - Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əlaqələrdən söz açıblar. Regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparan səfirlər Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri, bu işlərdə türk şirkətlərinin iştirakı və dəstəyi bir daha xatırlanıb.

Tərəflər Fransadakı səfirliklərimiz arasında əməkdaşlığın prioritet sahələrindən söz açaraq, onun daha da möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.


Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed