Şrift:
Azərbaycan-Türkiyə Universitetinin təsis olunması ilə bağlı işlər görülür
02.12.2022 [10:24] - Gündəm
Azərbaycan-Türkiyə Universitetinin (ATU) təsis olunması ilə bağlı müvafiq işlər görülür.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, 2021-ci ilin dekabr ayında Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə baş tutmuş səfərindən sonra 15-17 mart 2022-ci il tarixlərində Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ali Təhsil Şurasının sədri Erol Özvarın dəvəti ilə Türkiyədə səfərdə olub.

Səfər zamanı ATU-nun təsis olunması istiqamətində tərəflərin hüquq və öhdəliklərinə dair müzakirələr həyata keçirilib.

Qeyd edək ki, Türkiyədə 204, Azərbaycanda isə 51 universitet fəaliyyət göstərir.
Bu xəbər oxucular tərəfindən 217 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed