Şrift:
Türkiyə və İtaliya son dərəcə mühüm müttəfiqdir
02.12.2022 [10:26] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və İtaliyanın müdafiə naziri Qvido Krosetto arasında telefon danışığı olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, söhbət zamanı nazirlər ikitərəfli və regional müdafiə və təhlükəsizlik, müdafiə sənayesində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Həmkarını vəzifəyə təyin olunması münasibətilə təbrik edən və ona uğurlar arzulayan H.Akar Türkiyə ilə İtaliyanın iki son dərəcə mühüm dost və müttəfiq olduğunu xatırladıb.

Hulusi Akar terrorla mübarizədə əməkdaşlıq və həmrəyliyin regional və qlobal sülh, sabitlik və təhlükəsizliyə töhfə verəcəyini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1186 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed