Şrift:
İran vətəndaşları Xankəndinə necə keçib?
05.12.2022 [10:27] - Gündəm, Siyasət
Bir neçə gündür yerli KİV-də 14 nəfər İran vətəndaşının rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi haqqında faktlar yayımlanırdı. Maraqlıdır ki, nə İran tərəfi, nə də Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhmərmalılarının komandanlığı məsələ heç bir reaksiya vermirdi.

Yayılan məlumatlara görə, noyabrın 24-dən Xankəndinə gələn 14 nəfərdən 12-si İranın cənub-qərbindəki İzeh şəhərindəndir. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota da göndərdi.

İranın Azərbaycanakı səfirliyi isə hələ də məsələ ilə bağlı heç bir tutarlı cavab verməyib.

Nəhayət ki, sülhməramlıların komandanlığı məsələ ilə bağlı azərbaycanlı jurnalistlərin suallarını cavablandırmaq məcburiyyətində qaldı.

Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov bildirib ki, onlar tikinti işçiləridir, hazırda məsələ araşdırılır.

"Onlar hansı maşınlarla, necə gəliblər. Tam araşdırmadan sonra daha ətraflı məlumat veriləcək", deyə A.Volkov qeyd edib.

Volkovun açıqlaması isə bir neçə məqamları ortaya çıxarır:

1. Əgər xarici vətəndaşların kimliyi və necə gəldiyi hələ indi araşdırılırsa, deməli sülhməramlılar Laçın dəhlizinə tam nəzarət edə bilmir? Bu zaman da belə nəticəyə gəlmək olar ki, sülhməramlıların müvəqqəti nəzarət etdikləri ərazilərə istənilərn terrorçu, diversant və s. şəxslər asanlıqla daxil ola bilər.

2. Yox əgər Volkov yalan danışır və vaxt qazanmağa çalışırsa, o zaman xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə daxil olması ilə bağlı niyə Azərbaycan tərəfinə məlumat verilməyib?

Digər bir tərəfdən İran səfirliyinin susması və yayılan məlumatlarla bağlı heç bir açıqlama verməməsi də ciddi sual yaradır.

Nəticə isə birdir. Azərbaycan öz ərazisində təhlükəsizliyini hər zaman özü təmin etməlidir. Əgər hər hansı səbəbdən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhmərmalılar olduqları ərazilərə nəzarət edə bilmirsə və ya etmirsə, bu zaman Azərbaycan Rusiya sülhməramlıları ilə birgə onların müvəqqəti yerləşdikləri ərazilərdə nəzarət xidməti həyata keçirməlidir.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed