Şrift:
Çində karantinin yumşaldılması nefti bahalaşdırıb
05.12.2022 [10:30] - İqtisadiyyat
Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,82% artaraq 86,27 dollar/barelə, WTI markalı neftin yanvar fyuçersləri 0,85% artaraq 80,66 dollara çatıb.

Məlumata görə, bahalaşmaya Çində koronavirus siyasətinin zəifləməsi təsir edib. Belə ki, ötən həftə Çin Baş nazirinin müavini Sun Çunlan COVID-19-a qarşı tədbirlərin daha da sadələşdirilməsinə çağırıb. Bundan sonra Çin hökuməti ölkədə koronavirus üçün test tələblərini yüngülləşdirib, həmçinin, bir sıra müəssisələrin işi bərpa edilib.
Bundan başqa, "OPEC+"un gündəlik neft hasilatını 2 milyon barel azaltmağa davam etmək qərarı da dünya bazarlarında qiymətlərə təsir edib.

Xatırladaq ki, OPEC+ noyabr ayından hasilatı azaldıb.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed