Şrift:
Azərbaycan məhsulları Beynəlxalq Milad Xeyriyyə Bazarında
06.12.2022 [10:49] - Gündəm, İqtisadiyyat
Tallin şəhərində ənənəvi Beynəlxalq Milad Xeyriyyə Bazarında təşkil olunub.

Azərbaycanın Estoniyadakı səfirliyindən bildiriblər ki, tədbirdə əsasən Estoniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər. Azərbaycanın Estoniyadakı səfirliyi xeyriyyə yarmarkasında milli stendlə təmsil olunub.

Azərbaycan stendində ölkəmizdə “Made in Azerbaijan” brendi ilə istehsal olunan müxtəlif növ şərablar, şirələr, çaylar, eləcə də şirniyyat növləri, suvenirlər və digər mallar nümayiş olunub, onların əksəriyyətinin satışı həyata keçirilib. Satışdan əldə olunan vəsait Estoniyadakı əqli və fiziki cəhətdən qüsurlu uşaqların müalicəsinə yönələn xeyriyyə cəmiyyətinə ianə qismində köçürülüb.
Bu xəbər oxucular tərəfindən 430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed