Şrift:
Kuba musiqisi ilə Azərbaycan muğamı YARAT-da sintez ediləcək
06.12.2022 [10:57] - Gündəm, Mədəniyyət
YARAT Müasir İncəsənət Məkanı musiqisevərlərin həzz alacağı xoş bir səyahətə hazırlaşır.

Dekabrın 13-də YARAT-da reallaşacaq konsertdə Kuba musiqisinin müxtəlif üslublarının Azərbaycan muğamı ilə sintezini dinləmək imkanı olacaq.

Bu barədə YARAT-dan məlumat verilib.

İştirakçılar Kubanın ecazkar musiqi zənginliyinə daxil olan “Punto-quaxiro”, “Ça-ça-ça”, “Bolero”, “Quaraça”, “Mambo” kimi janrlardan da eşidə biləcəklər.

Layihənin məqsədi - musiqinin bütün dünyada danışılan universal dil olduğunu bir daha vurğulamaqdır.

Musiqili gecədə Əməkdar artist Sevinc Sarıyeva (xanəndə), Artist Cubano (gitaraçı-bəstəkar), Yusif Cəfərbəyli (xanəndə) və Məsim İslamov (tar) iştirak edəcəklər.
Bu xəbər oxucular tərəfindən 1325 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed