Şrift:
Türkiyənin Batman Universitetində “Azərbaycan otağı”nın açılışı olub
07.12.2022 [10:09] - Türk dünyası-Turan
Türkiyənin Batman Universitetində “Azərbaycan otağı”nın açılışı olub.

Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, “Azərbaycan otağı”nda ölkəmizi tərənnüm edən kitablar, lövhələr və suvenirlər yer alıb.

Batman Universitetində keçirilən görüşdə rektor İdris Dəmir Azərbaycan universitetləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Universitetdə, həmçinin “Azərbaycan-Türkiyə münasibətləri və Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib. Konfransda ikitərəfli münasibətlərin inkişaf mərhələlərindən, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə mürəkkəb zaman kəsiyində hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin bu münasibətlərin hərtərəfli inkişafına verdiyi töhfələrdən danışılıb. Həmçinin hazırkı dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkənin liderlərinin birgə səyləri ilə tarixinin ən yüksək inkişaf səviyyəsində olduğu vurğulanıb.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 1231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed