Şrift:
Portuqaliya millisi İsveçrə komandasını darmadağın edərək 1/4 final mərhələsinə yüksəldi
07.12.2022 [10:23] - Gündəm, İdman
Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsində növbəti oyun baş tutub.

Portuqaliya və İsveçrə yığmalarının qarşılaşdığı matçda Portuqaliya millisi 6:1 hesablı qələbə qazanıb.

Portuqaliyanın heyətində qolları Q.Ramoş (17, 51 və 67-ci dəqiqələr), Pepe (33), R.Herreyro (55) və R.Leau (90+2) vurublar. İsveçrənin yeganə qolunu isə 58-ci dəqiqədə M.Akanji vurub.

Beləliklə, Portuqaliya millisi 1/4 final mərhələsinə yüksəlib. 1/4 final mərhələsində Portuqaliyanın rəqibi Mərakeş millisi olacaq.
Bu xəbər oxucular tərəfindən 911 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed