Şrift:
Rusiyanın himayə etdiyi baş Qarabağ separatçısı Fransa senatında qəbul edildi..
07.12.2022 [10:30] - Siyasət
Azərbaycan torpağında Rusiya hərbi kontingentinin himayəsində bəslənən baş separatçı-terrorçu Arayik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti Fransa Senatında qəbul edilib.
Bu barədə fransalı senator Valeri Buaye öz "Facebook" səhifəsində məlumat paylaşıb.

“Artsaxın tanınmasına səs verməklə və Senatda Ermənistanı dəstəkləməklə biz Dağlıq Qarabağ Respublikasının prezidenti cənab Arayik Arutyunyanı qəbul etməkdən böyük şərəf duyduq”, - deyə Valeri Buaye həyasızcasına sərsəmləyib.

Xatırladaq ki, bundan öncə Arayik Fransa prezidentliyinə keçmiş namizəd, Qarabağa qanunsuz səfər etdiyinə görə Azərbaycanda arzulounmaz şəxs elan edilmiş Valeri Pekerslə görüşüb.

Sultan Laçın
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed