Şrift:
Fərəc Quliyev:Danışıqların Rusiyada aparılması mənasızdır
09.12.2022 [10:41] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Yəni Kreml "bişmiş aşa su qataraq" əldə olunan razılaşmaları da pozmaq niyyətindədir”

“Azərbaycan və Ermənistan Aİ və ABŞ da danışıqlar aparan kimi rəsmi Moskva əl ayağa düşür”


“Rusiya Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında yeni görüşün öz ərazisində keçirilməsi üçün bütün lazımi köməyi göstərməyə hazırdır”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Kremlin sözçüsü bildirib ki, Rusiya, təbii ki, öz ərazisində belə bir görüşün keçirilməsi üçün bütün lazımi yardımı göstərməyə hazır olacaq.
O İlin sonunda MDB-nin Sankt-Peterburqda baş tuta biləcək qeyri-rəsmi sammitindən danışarkən qeyd edib ki,Yeni il öncəsi belə bir görüşün keçirilməsi ideyaları var:

“Bütün razılaşmalar yekunlaşdıqdan sonra müvafiq açıqlama olacaq. İ.Əliyev və N.Paşinyan görüşündə də anlaşma olarsa, bu barədə mətbuata məlumat veriləcək”.

Məsələni "Sherg.az"a dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, Kremlin bu məsələlərdə ən yaxşı xidməti kənara çəkilib bizə mane olmamasıdır:

"Rusiya Qarabağ problemini süni şəkildə yaradıb. Bu gün də məsələnin həllinə mane olur. Kremlin nəzarəti altında dəfələrlə Soçidə, Moskvada Ermənistan və Azərbaycan arasında müzakirələr aparılıb. Hətta 10 Noyabr razılaşması belə onların iştirakı ilə imzalanıb. Lakin Rusiya oradakı heç bir müddəaya riayət edilməsini təmin etmir. Bu yaxınlarda isə sülhməramlı adı altında olan rus hərbçilərinin çıxardığı oyunlar hər şeyi bir daha sübut etdi.

Çünki rəsmi Moskva prosesin bitməsində maraqlı deyil. O sədəcə “ipləri” əlinə alaraq Bakı və İrəvanı təzyiq altında saxlamaq istəyir. Yəni Kreml "bişmiş aşa su qataraq" əldə olunan razılaşmaları da pozmaq niyyətindədir.

Azərbaycan və Ermənistan Aİ və ABŞ da danışıqlar aparan kimi rəsmi Moskva əl ayağa düşür. Ümumiyyətlə isə Rusiyada danışıqların aparılmasının bir mənası yoxdur. Ona görə ki, Moska pozucu faktordur".

Nihat Müzəffər/sherg.az
Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed