Şrift:
“Orion” kosmik gəmisi Yerə qayıdıb
12.12.2022 [10:55] - Gündəm
“Artemis I” Ay missiyası çərçivəsində orbitə göndərilmiş “Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdıb. Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) məlumat yayıb.

“Orion” gəmisi San-Diyeqo yaxınlığında Sakit okeana enib.

NASA-nın ilkin məlumatına görə, gəmiyə heç bir ziyan dəyməyib.

Xatırladaq ki, NASA “Artemis” proqramının birinci mərhələsi çərçivəsində “Orion” kosmik gəmisi ilə birlikdə “Space Launch System” ifrat ağır daşıyıcı raketi noyabrın 16-da orbitə buraxmışdı.
Bu xəbər oxucular tərəfindən 236 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed