Şrift:
Antalyada leysan nəticəsində 100 ev və 500 avtomobilə zərər dəyib
13.12.2022 [11:01] - Gündəm, Hadisə
Antalyada yağan leysan nəticəsində 100-ə yaxın ev və 500-ə yaxın avtomobil zərər görüb.

Bunu jurnalistlərə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

“Təbii fəlakətin vurduğu ilkin ziyan müəyyən edilib: 100-ə yaxın ev, 497 avtomobil, 920 iş yeri müxtəlif dərəcədə zərər görüb”, - nazir bildirib.

Onun sözlərinə görə, itkilərin hesablanması davam edir və bir neçə gün çəkəcək.

Qeyd edək ki, Antalyada son 50 ilin ən güclü leysan yağışı yağıb. Sinoptiklərin məlumatına görə, 1 kvadratmetrə 200 mm-dən çox yağıntı düşüb. Bölgədə leysan yağışının təkrarlanacağı istisna edilmir.
Bu xəbər oxucular tərəfindən 2043 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed