Şrift:
Berlində İrandakı soydaşlarımıza dəstək aksiyası keçirilib
19.12.2022 [10:50] - Güney Azərbaycan xəbərləri
"Almaniyadakı Azərbaycanlı İcması" təşkilatı tərəfindən Berlinin Brandenburq Qapısının önündəki məşhur Paris meydanında İrandakı azərbaycanlı soydaşlarımıza dəstək məqsədilə aksiya keçirilib.

Aksiyaya Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş diaspor üzvləri, habelə cənubi azərbaycanlı siyasi fəallar qoşulublar. Aksiya iştirakçıları hazırda İranda baş verən hadisələr fonunda soydaşlarımızın fundamental hüquqlarının pozulmasına, fəal gənclərin İranın hüquq-mühafizə orqanları tərəfindən təqib edilmələri və qətlə yetirilmələrinə etirazlarını bildiriblər.

Bununla yanaşı, iştirakçılar hazırda Şuşada ekofəalların Azərbaycanın təbii sərvətlərinin erməni separatçıları tərəfindən qanunsuz istismarına qarşı keçirdikləri aksiyaya dəstək nümayiş etdirib, Ermənistan hakimiyyətini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməyə çağırıblar.

Vüqar Seyidov
Bu xəbər oxucular tərəfindən 11387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed