Şrift:
Messi dünya çempionatının ən yaxşı futbolçusu seçilib
19.12.2022 [10:58] - Gündəm, İdman
Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusu seçilib. O, “Qızıl top” mükafatını alıb.
Dünya çempionatında Messi 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qətər mundialında Argentina millisi qrup mərhələsində Polşa, Meksika və Səudiyyə Ərəbistanını qabaqlamağı bacarıb. Pley-off mərhələsində Argentina komandası Avstraliya, Niderland və Xorvatiya seçmələrini məğlub edib. Finalda isə Fransa yığmasını məğlub edən Argentina dünya çempionu adını qazanıb.
Bu xəbər oxucular tərəfindən 1134 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed