Şrift:
Aİ-nin nümayəndəsi: Azərbaycanın 8 regionunda Atalar məktəbi yaradılıb
19.12.2022 [10:59] - Gündəm, Sosial
Səkkiz regionda gənc atalar və ata olmağa hazırlaşanlar üçün Atalar məktəbi yaratmışıq. Məktəblərə üzv olanların sayı yetərincədir və bu, bizi çox sevindirir.

Bunu Avropa İttifaqı Nümayəndəliyinin Beynəlxalq yardım və əməkdaşlıq şöbəsinin əməkdaşı Məryəm Hacı-İsmayılova “Gender bərabərliyi və idarəetmə” mövzusunda yerli icra hakimiyyətlərinin gender məsələləri üzrə məsul şəxsləri üçün keçirilən təlimlərin açılış mərasimində deyib.

Aİ-nin nümayəndəsi fərqli hədəf qrupları ilə işlədiklərini və getdikcə əhatə dairəsinin genişləndiyini diqqətə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Avropa İttifaqının birgə layihələrindən danışan M.Hacı-İsmayılova “Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində keçirilən təlimlərin əhəmiyyətindən bəhs edib. O, “Gender Bərabərliyi və İdarəetmə” mövzusunda yerli icra hakimiyyətlərinin gender məsələləri üzrə məsul şəxsləri kimi icra hakimiyyəti başçılarının müavinləri üçün təlimlərin maraq doğuracağından və gender bərabərliyi istiqamətində görülən işlərə töhfə verəcəyindən əminliyini ifadə edib.
Bu xəbər oxucular tərəfindən 2356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed