Şrift:
Iranda dini azlıqlara təziqlər davam edir
22.01.2013 [09:38] - Güney Azərbaycan xəbərləri, Sosial
İranda dörd bəhai tutulub

İranda bəhai dininə mənsub dörd nəfər tutulub.ETTELAAT-ın Günbədkavus şöbəsinin əməkdaşları bəhai dininə tapınan Vəsaq Sənai, Bita Hidayəti, Hona Kuşkbaği və Nahid Mahmudini ötən şənbə mənzillərində tutub bilinməz istiqamətə aparıblar.

Hər dörd bəhainin evində yoxlama aparılıb, onlara məxsus bir sıra şəxsi əşyalar və dini kitablar götürülüb.

Tutulan bəhailərin konkret nədə günahlandırıldığı bilinmir.

Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 mindən çox bəhai yaşayır. İran Konstitusiyası bəhai dinini bir din kimi tanımır. İran İslam Respublikası bərqərar ediləndən bu ölkədə 200-dən çox bəhai edam olunub.
Bu xəbər oxucular tərəfindən 832 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed