Şrift:
Bu ilin sonunadək Azərbaycana gələn turistlərin sayı 1,5 milyonu keçəcək
19.12.2022 [11:12] - Gündəm, İqtisadiyyat
Bu ilin sonunadək Azərbaycana gələn turistlərin sayı 1,5 milyonu keçəcək.

Bu fikri Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.

K.Quluzadə bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,4 milyon xarici vətəndaş gəlib.

"Pandemiyanı nəzərə alsaq bu, müsbət rəqəmdir. Bu, əvvəlki illə müqayisədə 2 dəfə çox olsa da, 2019-cu illə müqayisədə 2 dəfə azdır. Məqsədimiz pandemiyadan əvvəlki ilə qayıdıb, ondan bir addım da irəli getməkdir", - deyə K.Quluzadə bildirib.
Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed