22.12.2022 [10:35] - Gündəm
“Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası” təsdiq olunub.
Bununla əlaqədar Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb. Qərar 1-5-ci kateqoriya dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlar üzrə illik hesabatların tərtib edilməsi qaydasını müəyyən edir. Qərarın məqsədi dövlət orqanlarında kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlar üzrə hesabatların vahid standart üzrə hazırlanmasının təmin edilməsidir.
İllik iş planının layihəsi dövlət orqanının kadr xidməti tərəfindən dekabr ayının 1-dək tərtib edilir və dövlət orqanı rəhbərinə təqdim edilir. Rəhbər tərəfindən illik iş planının layihəsi dekabr ayının 15-dək təsdiq edilir. İllik iş planına qurumda kadr işi ilə bağlı aparılan mühüm tapşırıqlar, tədbirlər daxil edilir. Kadr xidməti tərəfindən başa çatmış təqvim ili üzrə illik hesabat növbəti ilin yanvar ayının 20-dək dövlət orqanı rəhbərinə təqdim olunur.
İllik hesabatda illik iş planı ilə müəyyən edilmiş hər bir tədbirin icrası barədə məlumat (tam icra olunması, səbəbi göstərilməklə qismən icra olunması və ya icra olunmaması) qeyd edilir.

Bu xəbər oxucular tərəfindən 132 dəfə izlənilmişdir!
![]() | ![]() |
Yahoo | ![]() |
![]() |
|||
![]() |
Del.icio.us | ![]() |
Digg | ![]() |
StumbleUpon | ![]() |
FriendFeed |