Şrift:
İranın Dərəşəhr qəsəbəsində altı nəfər həbs edildi
27.12.2022 [10:29] - Güney Azərbaycan xəbərləri
İranın İlam əyalətinin Dərəşəhr qəsəbəsində altı nəfər həbs edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, İlam əyalətinin polis komandirinin müavini Hüseyn Nəcəfi sozügedən vətəndaşları “asayiş və təhlükəsizliyi pozan, ümumi əmlakı yandıran və ictimai yerləri dağıdanlar” adlandırıb və iddia edib:

“Son həftələrdə Dərəşəhr şəhərində keçirilən etiraz aksiyaları zamanı şəhərdəki ümumi məkanların yandırılması və dağıdılmasından sonra məsələ polis tərəfindən nəzarətə alınıb. Təqsirləndirilən şəxslərin şəxsiyyəti müəyyən edilib və məhkəmə orqanları ilə razılaşdırılaraq altı nəfər həbs edilib”.

Həbs edilənlərin harada və hansı vəziyyətdə saxlanıldığı barədə məlumat yoxdur.
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed