Şrift:
Rus Erməni təcavüzü ilə İrəvandan başlanan şavaş, İrəvanda qələbəmizlə bitməlidir.
22.01.2013 [12:15] - Siyasi partiyalar, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Tariximizə nəzər salaq:
185 il öncə İrəvandan başlayan təcavüz günlərimizə qədər total bir savaş kimi gəlib çixmış, nəticədə 29 min kv/ km ərazimizdə bir qondarma Ermənistan, özüdə bütün dövlət atributlari ilə qədim qalamız olan İrəvan paytaxt olmaqla, yoxdan qədim türk elində bir xristiyan dövləti qurulmuşdur. Kimsə fərqinə varmadan düşünərsə bu qondarma dövlət bir təsadüf nəticəsində məhz türk elinin bu coğrafi ərazisisndə yaranmişdir? xeyir, belə düşüncə yalnişdir.
Rus  Erməni təcavüzü ilə  İrəvandan  başlanan şavaş, İrəvanda qələbəmizlə bitməlidir.

Bu yerlər, bizim babalarimiz üçün toxunulmaz sokral yerlər, vətənimizin bir parçasi olmuşdur. Zaman-zaman yad elillərlə bu yerlərdə qanlı savaşlar olmuş, babalarımız bir qarış torpağı kimsəyə verməmişlər. Düşmənlərimiz ermənistanı bu yerdə yaratmaqla, həmdə böyük türk dünyasını parçalamağa nail olmuşlar. İki böyük türk dövlətinin arasında, türkə düşmən olan dövləti qurub öz fort postları kimi istifadə etmişlər .
Rus  Erməni təcavüzü ilə  İrəvandan  başlanan şavaş, İrəvanda qələbəmizlə bitməlidir.

Tarixin axarını öz xeyirlərinə dəyişmək üçün, “hay”lar əsirlərlə oyunlar qurub, əsatirlərini ideyaloji səviyəyə çatdırıb, dənizdən-dənizə böyük ermənistan yaratmağı qarşılarına məqsəd qoyaraq, yüz illərlə addim-addim, mərhələ-mərhələ məqsədyönlü işlər aparmış, təşkilatlanmış, türkü özünə təhlükə hesab edən ruslarla iş birliyi quraraq, heçdən, birinci mərhələ kimi, İravanımızın ərazilərində bir erməni vilayyəti yaratmışlar. Sonra əyalətə, farsın qoltuğundan çixan haylari gətirib yerləşdirmiş, rusdan erməni kilsəsi statusu əldə etmişlər. Bu olay haylar üçün birinci mərhələ idi. Hər bir tarixi hadisələr, inqilablar, müharibələr baş verdikdən sonra haylar qalib çixaraq, ərazilərimizi qoparmağa nail olub, ermənistan adlanan dövlətin ərazilərini genişləndirmişlər. Nəhayyət, 20 illik Ermənistan Azərbaycan şavaşı nəticəsində də, 20% torpaqlarımızdan erməni işğalı altına düşdü. Unutmayaq ki, iki yüz ilə yaxin müddətdə ermənilərin bu işğal siyasəti tək erməni və ruslarin işi olmamışdir. Haylarin çox şaxəli çox gedişli oyunları, bütün dünya güc mərkəzlərinə siyrət etmiş və onlari öz siyasətinə cəlb etmişlər. Haylar üçün hec vaxt milli düşüncədə ayrı seçkilik olmamışdır. Əqidəsindən, statusundan asılı olmadan bütün haylar yuxarıda qeyd etdiyim kimi, “ Hayizm” ideyası ətrafinda birdirlər. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, erməni “ hayizmi “ tarixdə olmuş faşizmdəndə dəhşətli və yırtıcılığı ilə seçilən bir “izm”dir. Təssüf edilən haldir ki, bu cür düşmənlə üz üzəyik, amma milli məsələdə, vətən məsələsində də, bir yerdə ola bilmirik. Millət olaraq milli iradə milli düşüncə və millətin gücü vəhdət təşkil etməlidir ki, biz düşmənin onurğa sütununu sındira bilək.
Bu günlərdə, İravanın işqalının 185 ili adlı tədbirdə çıxış edən, 85 yaşlı hörmətli ağ saqqalımız alimimiz, Yazıçılar ittifaqının üzvü, ictimayi siyasi xadim İsrafil Məmmədovun sözləri unudulmazdır, O, dedi: erməni ilə savaşı aparmaq üçün ermənini yaxşı tanımaq lazımdir. Ermənini öz silahı ilə məhv etmək lazımdır. Erməni silahı, məlumdur ki nə top deyil nə tüfəng, erməni bu silahlarla savaşmadan əvvəl, öz oyununu işə salır . Ermənilərin siyasi oyunları ən müasir silahdan təhlükəlidir, İsrafil müəllimdə bunları nəzərdə tutub deyirdi. Bəli erməniyə öz silahı iıə cavab verilməlidir. Son 20 ilin müharibəsni ermənilər iki mərhələdə aparmışlar, birinci mərhələ, qərbi azərbaycanda yaşayan türklər. Türklər, Qərbi Azərbaycanda yaşaya yaşaya ermənilər bu savaşi başlaya bilməzdilər çünki, həmən, qərbi azərbaycanda yaşayan türklər ayağa qalxardı və ermənilər bu savaşi uduzardılar və müharibə alovu azərbaycanda yox, ermənistanda alovlanardI , Ermənilər bunu bilirdilər, qərbi azərbaycanlılarIn necə əzmkar olduqlarI və savaşa bilmələri ermənilərə bəlli idi , çünki onlar son deportasiyadan öncə, 1984 cü ildə Zəngibasar (masis) olaylarI ilə üzləşmişdilər. Ona görə də bu savaş da, onlar üçün ölümə bərabər olan olay ola bilərdi. Rus sovet havadarlarının xeyir-duası və ordusunun iştiraki ilə məlum 1988 ci il son deportasiya tarixi faciyəsi, bizim qərbi azərbaycan türklərinin başina gətirildi. İldırım surəti ilə türklər qarda çovğunda dağ aşrimlari ilə silahsiz başi açiq ayağı yalın, təqiblərə, çox saylı qətillərə məruz qalaraq, Azərbaycana pənah gətirdilər, hamıya bəlli idi ki o zamankı Azərbaycan hakimiyyəti bu savaşı gözləmirdi və bu savaşa hazır deyildi. Hələ bizim o, zamankı hakim dairələr beş illik planlar haqda düşünürdü. Mən bu məsələyə çox toxunmaq istəmirəm, bu haqda çox danişılıb və bu ayri bir mövzu ola bilər, sadəcə, yada salmaq istədim ki, o zaman qərbi azərbaycanlılar hökümətdən onların, Qarabağa yerləşdirilməsini tələb etdilər. Bu tələb, çətinliklə də olsa yerinə yetirilməyə başlamişdi ki, moskva və ermənilər təşvişə düşdülər. Ermənilər bilirdi ki, irəvandan qaçqin düşən türklər qarabağa yreləşdirilərlərsə, ermənilər Qarabağda savaşa başlaya bilməyəcəklər. Çünki, qərbi azərbaycanlılar da, Qarabağda olan haylari qovub Qarabaqğdan çıxaracaqlar. Nəticədə, qaçqınların Qarabağa yerləşdirilməsi dayandırıldı. Hətda, artıq qarabağa yerləşdirilən, qaçqınlarda qarabağdan çixarildı. Ermənistan, demək olar ki, qurduqlariı oyunun birinci mərhələsini uddular və keçid etdilər ikinci mərhələyə, nəticə hamımıza bəlli. Defakto Qarabağ işğalda, yerli aborigen azərbaycan türkləri bir nəfərinə kimi ata yurdlarından qovulmuş durumda, bütün qanlı hadisələr də dünyanın gözü qarşısında. Qeyd etmək istəyirəm ki, ermənilər vaxtı və zamanı çox dəqiqiliklə seçmiş və istəklərini həyata keçirmişlər. Bu savaş və deportasiyalar zamanı, nə qədər insan qətlə yetirilmişdir? neçe yüz min insan qaçqın vəziyyətinə düşmüşdür? hələ dəqiq hesablama yoxdur. 1988 də və sonra verilən statistika düzgün deyil. Sovet rəhbərliyi faciyənin və ermənilərin insanliğa qarşı etdikləri cinayətlərinin miqyasini azaltmaq üçün hesablamaları düzgün aparmamış və törədilən cinayətlərin sayını gizlətmişlər. Məhşur bir kəlam var. “Bir insanın ölümü faciədir. Yüz minlərin ölümü isə statistika “ heç qaçqınlarımızın, qətlə yetirilənlərimizin, statistikasida bu günə qədər yoxdur, olanlarda dəqiq deyil. Düşünürəm erməni ilə savaşda erməninin silahindan istifadə etmək üçün şavaş nəticəsində erməni vəhşiliyinin hər bir epizodu incanliğa qarşi cinayətlərinin hər detali bilinməlidi , bilinərsə bir Xocalı soy qırımı yox bir neçə ele soy qırımların üstü açilar. Düşünürəm ki, millət olaraq məqamından, statusundan, əqidəsindən asılı olmayaraq, erməni təcavüzünü dayandirimaq, nəticəni öz xeyrimizə dəyişmək üçün gücümüz və varlığimızla səfərbər olmalıyıq ki, iki əsrə yaxin davam edən bu təcavüz, erməni hesab kitablynan, üçüncü mərhələdə onlarin xeyrinə bitməsin. Üçüncü mərhələ, onların hesab kitabiı ilə, bu qaydasız, qanunsuz dünyadı. Daha doğrusu dünyanı, qaydasiz, nizamsız idarə edənlərdi ki , ermənilər, de faktonu, de yureyə çevirməyə, bu nizamsiz qaydasiz idarəçilərin, köməyi ilə həll etmək istəyirlər. Bu istək, lap yüz ildən sonra reallaşsa belə, onları qane edir. Zaman, tarix baxımından erməni siyasəti və oyunu elə, belə uzun zamana hesablanıb. Biz, bütün bu oyunları görə-görə dünyanın bizə sırımaq istədiyi oyun qaydalarını qəbul etmədən, öz qaydalarımızı tədbiq etməliyik, yetər, ATƏT-lərdən BMT-lərdən nəyi isə ummaq, onlar heç nəyi bizim xeyrimizə həll etməyəcək. Mən ATƏT in Minsk qrupunu, bilirsiz nəyə və kimə bənzədirəm? Qaydasız dünyanı idarə edənlərin, yazdıqları beynəlxalq hüququ basdıran qəbirstanlıq işçilərinə , bənzətmə ritorikdə olsa bu belədi, bütün beynəlxalq hüquqa aid nə varsa bu üçlüyün əli ilə utilləşdirilir və basdırılır. Bu üçlüyün biri gor qazan, biri ölü yuyan, biri basdırandır. Yuxarida qeyd etdiyim kimi İrəvanda başlayan savaş İrəvanda bitməlidir. Milyonlarla qərbi azərbaycandan qovulmuş insanlarımız bu gün torpaq, vətən həsrəti ilə yaşayır və haylarla savaş istəyir. Bu savaş, tək silahla və əsgər savaşi anlamı deyil . Bu savaş, elə bu qaydaları pozan, güc sahibləri ilə savaş olmalıdır. Artıq elə bir zaman yetişib ki, qərbi azərbaycanlıların, öz yurd yerlərinə qayidiş fikiri, insanlarımızın düşüncəsinə hakim kəsilib. Yaxin tariximizə nəzər salsaq və yaddaşımızı bir az təzələsək görərik ki, son yüz il ərzində neçə dəfə haylar bizləri torpaqlarımızdan müxtəlif adlarla, müharibə ilə, Stalin əmri ilə çixarmaq istəmişlər və qissa zaman kəsiyində buna nail olmuşlar. Amma, çox keçmədən insanlarımız, yenə öz yurdlarına qayıtmışlar. Qəribə gəlməsin, doğurdan bu belədi. Dəfələrlə evlərimiz yandırılıb, insanlarımız qətlə yetirilib, amma, biz yenidən o, müqqədəs torpağa dönmüş və yenidən o, yerlərdə yurd salmışıq, haylar bunu bilir. Onlar bizim kim olduğumuzun fərqindədilər. Qərbi azərbaycanlılar hayların başının üstündə bir kabusudur, ölüm kabusu. Ermənistanın yüksək məmurları, Sarqisyanları bu tarixin təkrarlanacağını bilir, ona görədə Bakida qərbi azərbaycan adina nə baş verirsə əndişələnirlər. Düşünürəm ki, qıssa bir zamanda qərbi azərbaycanlılar təşkilatlanmalı , qaydış üçün səfərbər olmalı , proqram tərtib etməli bütün beynəlxalq qurumların dünyanı idarə edənlərin qarşisına çixmalı öz doğal haqlarının qaytarılması uğrunda savaş elan etməlidirlər. Bu işdə təbii ki, bütün azərbaycan xalqı, hakimiyyət xüsusi ilə, qərbi azərbaycanlılara yardımçı olmalıdır . Qərbi azərbaycana qayidiş məsələsi elə bir vəziyyətə gətirilməlidir ki, sonucda Ermənistanın Azərbaycana təcavüzü ilə bağli aparilan danışıqlarda qərbi azərbaycanlılarında qayıdış məsələsi danışıqlar masasaı üzərinə qoyulsun . Erməni və havadarları bilməlidilər ki, günün birində qərbi azərbaycanlılar, yüz minlərlə insan qovulduqlari ata yurdlarna,öz ev eşiklərinə, beynəlxalq təşkilatlardan ermənistandan icazə almadan qayidacaq və həmən qurumlardan , Sarqisiyandan hüquqlarının və təhlükəsizliklərinin real olaraq təmin edilməsini tələb edəcəklər . Biz Qarabağ sülh danIşIqlarında, qərbi azərbaycana qayıdış məsələsini gündəmə gətirsək ermənilər çətin duruma düşməli olacaqlar . kimsə düşünsə ki, bu çox uzun çəkən bir proses olar , raziyam, bu savaş doğurdanda çox uzun savaşdir iki əsr davam edir və bu məsələyə qarabağ kontekstində yox, bütöv azərbaycan kontekstində baxmaq lazımdır.tarixdə belə müharibələr çox olub, məsələn , elə dünya idarəçiləri ingilislər və fransizlar arasina, yüz illik müharibə və .s .Bu yaxinlarda, Milli Dirçəliş Hərəkatı Partiyasi Qərbi Azərbaycan Deportamenti yuxarida qeyd etdiyim kimi, İrəvanın işğalının 185 ili ilə əlaqəli tədbir keçirdi tədbirdə qərbi azərbaycan ziyalılari sadə adamları millət vəkilləri siyasi partiya rəhbərləri iştirak edirdi. Çixşlarda irəvana qayıdişın zərurət olduğu insanların artiq vətənə dönmək istəyi səsləndi və millət vəkili Fərəc Quliyev qaydışla bağl konseptual fikirlər söylədi.
Rus  Erməni təcavüzü ilə  İrəvandan  başlanan şavaş, İrəvanda qələbəmizlə bitməlidir.
Çox da böyük olmayan toplantInIn əks sədasI çox da özünü gözlətmədi və erməni presidenti Sarqisyan bu toplantiya reaksiyanI gecikdirmədi. Erməni mətbuatI və saytlarI SarqsyanIn, bizim toplantI haqda dediklərini yazdı .iraqir.am sayti . Sarqisyandan sitat” bu günlərdə Bakıda bir qrup başıbozuqlar yığılıb toplantı keçirib, guya İrəvanın ermənilər tərəfindən işğalından danışib və İrəvana qayıdişla bağli çağrişlar ediblər .”baxin ermənin qorxduğu budur .nə qədər ki qərbi azərbaycanlılar öz yurdlarına qayidmayıblar bu nizam düzəlməyəcək, erməni bunu bilir çünki? Çünki, biz qərbi azərbaycandan qaçqın düşmüşlər, torpaqımızı, vətənimizin bir parçasını itirmişik. İnsan,vətən və torpaq bir biri ilə vəhtəd təşkil edən, tam bir varlıqdı. necə ki, insanın hansı bir əzası amputasiya ediləndə, uzun illər insan itirilmiş əzalarının şur altı fantom ağrılarından əzab çəkir, elədə torpaq itirən insan bu natamamliq kompleksi ilə barişa bilimir və əzab çəkir, rahat ola bilmir ağri çəkir. Əyər biz yuxularımızda yurd yerlərımizı evlərimizi ayaq izlərimizi görürüksə deməli hələ heçnə itirilməyib, biz qayidacağiq . Düşünürəm onda ermənilərdə azərbaycana qayıtsın deyərək bizi təhdid edən qaydasiz döyüş ustaları və ermənilər, bizi qorxuda bilməzlər onlarin cavabı budur : ermənilər azərbaycandan getmişdilər ki? Dilbər guşəmizdə oturub hələ müqədarat istəyirlər. Bir erməni dövləti yaradıb ikincini yaratmaq arzusundadırlar. Onlara Qarabağda hansi muxtariyyat verilərsə, İrəvanda bizə o qədər muxtariyyat verilməlidir. Əsirlər keçsə belə biz bu statusla barişmayacağiq .Düşünürəm erməni rəhbərinin qərbi azərbaycanlıların toplantılarına belə reaksiyası bizim qarabağ problemi ilə məşqul olan hakimiyyətimizində diqqətindən yan keçməyib . münaqişənin həllində qərbi azərbaycan faktoru problemin iç işinə çevrilməlidi bu münaqişə kompleks həll olmalıdı. Hakimiyyətimiz bu faktora yenidən yanaşmalı və qərbi azərbaycan məsələsini gündəmə gəlməsinə nail olmalıdı . Dövlət başçimiz İlham Əliyev Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı cixişlarında qərbi azərbaycan məsələsinə dəfələrlə toxunmuşdur. Qərbi azərbaycanın ermənilər tərəfindən işğalinı qeyd etmişdir .qərbi azərbaycanlılar bu fikirin real müstəviyə keçməsi üçün, danışıqlar predmetinə çevrilməsi üçün, hakimiyyətimizin dəstəyinə böyük ehtiyacı var . Qərbi azərbaycan itirilmiş hesab edilməməlidir və bu məsələyə dövlət orqanlari laqeyd yanaşmamaldIrlar. TəşkilatlanmamIzın qarşIsinI alan süni maneyələr ardan qalxmalıdIr hamı bilməlidir ki, qərbi azərbaycan məsələsi hec kimin əlində alət deyil və bu toplumdan öz çirkin oyunlarInda istifadə edə blməzlər. Bizim üçün dövlət və dövlət maraqları birdə işğala məruz qalmış yurd yerlərimiz var .

Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin
I müavini BAYRAM ABBASOV
Bu xəbər oxucular tərəfindən 2796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed