Şrift:
“Qarabağ” Avropanın məğlubedilməz futbol klublarının siyahısında
05.01.2023 [11:32] - Xəbərlər, İdman
Avropanın məğlubedilməz futbol klublarının siyahısında Azərbaycan çempionu “Qarabağ” da var.

Ümumilikdə 6 komanda ölkədaxili çempionatda uduzmayıb. Bunlar “Qarabağ”la yanaşı, Yunanıstanın “Panatinaikos”, Uelsin TNS, İtaliyanın “Napoli”, Andorranın “Atletik Eskaldes” və Serbiyanın “Srvena Zvezda” klublarıdır.

Bu komandalar arasında ən yaxşı göstərici “Srvena Zvezda” və “Qarabağ”a məxsusdur. Serbiya komandası 17 qələbə, 2 heç-heçə ilə birincidir. “Srvena Zvezda”dan 1 oyun az keçirən “Qarabağ”ın aktivində isə 16 qələbə və 2 heç-heçə var.
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed