Şrift:
Aramsız yağışlar Azərbaycanın bəzi rayonlarında fəsadlar yaradıb
01.11.2011 [12:47] - Hadisə
Aramsız yağışlar Azərbaycanın bəzi rayonlarında fəsadlar yaradıb.

Davam.az-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 28-30 oktyabr tarixlərində respublika ərazisində hava şəraiti dəyişib, bəzi şəhər və rayonlarda yağış yağıb. Nəticədə, Salyan, Neftçala və Biləsuvar rayonlarında bəzi ərazilər yağış suları ilə dolub. Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi texnika vasitəsilə həmin ərazilərin yağış sularından təmizlənməsini həyata keçirir.
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed