Şrift:
Azərbaycan Basketbol Liqasında 13-cü tura start verilib
12.01.2023 [10:07] - Gündəm, İdman
Yanvarın 11-də “Sərhədçi” İdman Mərkəzində “Azərbaycan Basketbol Liqasında 13-cü tura start verilib.

Azərbaycan Basketbol Federasiyasından bildiriblər ki, açılış oyununda “Sərhədçi PİK” və “Sabah BK” basketbolçuları qarşılaşıblar.

Matça sürətli başlayan “Sərhədçi PİK” basketbolçuları görüşdən 81:68 hesablı qələbə ilə ayrılıblar.

Oyunda ən məhsuldar basketbolçular “Sərhədçi PİK”dən Endar Poladxanlı (23 xal, 7 ribaund) və “Sabah BK”dən Udun Osaku (19 xal, 15 ribaund) olub.

Qeyd edək ki, 13-cü turun digər oyunlarında “Gəncə BK”–“NTD BK”, “Neftçi İK”–“Zirvə Astara BK”, “Olimpik Şəki BK”-“AAAF Xırdalan BK” qarşılaşmaları keçiriləcək. Görüşlər yanvarın 12, 14 və 15-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed