Şrift:
Əlirza Novin: Təbrizin 5 min hektarlıq ərazisi gecəqondu və yararsız binalardan ibarətdir
23.01.2013 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Bələdiyyə rəisi Əlirza Novin şəhərin beşdə bir hissəsini təşkil edən 5 min hektarlıq ərazinin gecəqondu və yararsız binalardan ibarət olduğunu bildirib.

Əlirza Novinin sözlərinə görə, Təbriz bələdiyyəsi bir neçə ildir şəhərin bu bölgələrdə zəlzələ baş verdiyi təqdirdə tələfata yol verilməməsi üçün binaların təmirinə çalışır. Bələdiyyə rəisi səylərinə baxmayaraq, dəstək əldə edə bilmədiyindən şikayətlənib.

“Yaşamaq üşün yararsız binaların bərpası və gecəqondularda şəraitin yaxşılaşdırılması üçün prezident, nazirlər və digər yüksək səlahiyyətli rəsmilərə ünvanlanan maliyyə müraciətləri cavabsız qalıb.”
Bu xəbər oxucular tərəfindən 971 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed