Şrift:
Azərbaycanda 1 milyon hektardan artıq sahədə payızlıq taxıl əkilib
23.01.2023 [10:17] - İqtisadiyyat
Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 700 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi 2021/2022-ci təsərrüfat ili ilə müqayisədə 2,8 faiz çoxdur.

Payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşkil edir. Bundan əlavə ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkinlər aparılıb.

2021/2022-ci təsərrüfatı ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8 faiz artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkinləri aparılır.

Payızlıq taxıl əkinləri Azərbaycanın əkin balansının 60 faizə yaxınını təşkil edir.

Qeyd edək ki, yazlıq dənli və dənli paxlalı bitkilərin əkininə isə mart ayından start veriləcək.
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed