Şrift:
Çoxuşaqlı ailələrə yardım ediləcək
23.01.2013 [14:17] - Sosial
«Dövlət tərəfindən çoxuşaqlı ailələrə müəyyən yardımların göstərilməsi və onlara müxtəlif güzəştlərin edilməsi planlaşdırılır. Bütün bu və ya digər məsələlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan «Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında» qanun layihəsində öz əksini tapıb». Bu barədə APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib. O bildirib ki, bu qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Şöbə müdirinin sözlərinə görə, hazırda Nazirlər Kabinetinin tapşırığına əsasən, müvafiq qurumlardan rəy və təkliflər yığılacaq. T.İbrahimova vurğulayıb ki, həmin rəy və təkliflər yığıldıqdan sonra müvafiq quruma təqdim ediləcək: «Yeni qanun layihəsində çoxuşaqlı ailələrə dövlət dəstəyi nəzərdə tutulur. Konstitusiyanın 34-cü maddəsində də konkret olaraq göstərilir ki, dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Bundan irəli gələn, o cümlədən komitəyə daxil olan müraciətlər, beynəlxalq təcrübəni nəzərə alaraq hazırlanan layihədə müxtəlif məsələlər öz əksini tapıb. Buraya çoxuşaqlı ailələrin təhsili, yaşayışı ilə bağlı güzəştlər, onlara müəyyən müavinət verilməsi və sairə daxildir».
Bu xəbər oxucular tərəfindən 1307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed