07.02.2023 [10:36] - Gündəm, Sosial
Nazirlik tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər aparılır.
Bu barədə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib.
O qeyd edib ki, son iki ildə bu kateqoriyadan olan şəxslərə 300-ə yaxın mənzil təqdim edilib.
"Əlbəttə ki, bu işlər davam etdirilir və biz bu il də qarşımıza qoyulan hədəflərə uyğun olaraq fəaliyyətimizi davam etdirəcəyik. Son beş ildə icra olunan 4 sosial islahat paketlərinin əsas istiqmətlərindən biri olaraq da həmin ödənişlərin ciddi şəkildə artırılması təmin edilib. Bu ilin əvvəlindən reallaşdırılan. 1,9 milyon insanı əhatə edən yeni sosial islahat proqramının tərkib hissəsi kimi də həssas qruplara yönələn müavinət və təqaüdlər növbəti dəfə artırılıb.
Eyni zamanda, əhalinin sosial cəhətdən həssas qrupları, xüsusi qayğıya ehtiyac duyan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilirlər.", - deyə V. Behbudov bildirib.

Bu xəbər oxucular tərəfindən 4040 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |