Şrift:
BMT Türkiyə və Suriyaya 25 milyon dollar yardım ayırıb
08.02.2023 [10:11] - Gündəm
BMT baş verən güclü zəlzələlərdən sonra Türkiyə və Suriyaya humanitar yardım olaraq Böhranlara Cavab Fondundan 25 milyon dollar ayırıb.

Bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik bildirib. O, ayrılan vəsaitin regionda təcili xilasetmə fəaliyyətlərinə yönləndiriləcəyini deyib. Stefan Dujarrik qeyd edib ki, zəlzələdən zərər çəkmiş 10 əyalətdə yaşayan 15 milyon insandan 1,7 milyonu suriyalı qaçqınlardır. Türkiyədə bütün səylər hazırda axtarış-xilasetmə işlərinə yönəlib və UNICEF hökumətlə fəlakət və fövqəladə halların idarə edilməsi üzrə koordinasiyalı çalışır.
Bu xəbər oxucular tərəfindən 196 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed