09.02.2023 [10:43] - Gündəm
"Doğma bacımız Ukrayna həyatının çətin dövrünü yaşayır, biz ona səmimi dəstəyimizi ifadə etmək istəyirik..."
Çexiyada "Avroviziya-2023" mahnı müsabiqəsinə milli seçimin qalibi "Vesna" qrupu olub. Qrupun tərkubinə çex, bolqar, slovak, həmçinin ukraynalı və rusiyalı qızlar daxildir.
Qrupun müsabiqəyə təqdim edəcəyi mahnı "Bacımın tacı" ("My sister's crown") adlanır, ingilis, Ukrayna, çex və bolqar dillərində səslənəcək.
Bu barədə Çexiyanın "Ceske Noviny" nəşri yazıb.
Müsabiqə mahnısının klipinin sujeti şər qüvvələrinə qarşı olan əkiz bacılardır. Mahnı nə zamansa "slavyan krallığında sevgi və qardaşlıq hökm sürdüyü" sözlərilə başlayır, lakin sonradan "zülmət çöküb və hər şey unudulub".
Mahnıda bəhs edilən tac suverenlik deməkdir. Amma təkcə milli yox, həm də fərdi suverenlik. Vokalçı qızlar izah edib ki, suverenlik cəmiyyətin əsas prinsipidir, axı, ləyaqət və müstəqillik insanların öz həyatını sərbəst yaşamaq hüququna əsaslanır.
Qrup iştirakçılarının dediyinə görə, onlar müsabiqənin Ukraynada deyil, Böyük Britaniyada keçiriləcəyini biləndən sonra məhz bu mahnı ilə çıxış etmək qərarına gəlib.
"Biz doğma bacımız Ukraynaya rəğbət gətirən bədii obraz yaratmaq qərarına gəldik. Ona görə də mahnının nəqəratı Ukrayna dilində ifa olunur. Ukrayna indi həyatının çətin dövrünü yaşayır, ona görə də biz Ukraynaya səmimi dəstəyimizi ifadə etmək istəyirik", - vokalçı qızlar əmin edib.
Ukraynanın "Cycпiльне" telekanalının jurnalistləri müəyyən edib ki, "Vesna" qrupunun iştirakçılarından biri rusiyalı Alesya Oçepovskayadır. Onlar sosial şəbəkələrdə onun qardaşının Rusiyanın hərbi formasında olduğunu müəyyən edib. Çəkil 2020-ci ilə aiddir.
Oçepovskayanın özü iddia edir ki, onun qohumu hərbçi deyil və Putinin müharibəsini dəstəkləmir. Jurnalistlər müəyyən edib ki, Oçepovskayanın qardaşı da Çexiyada yaşayır, Rusiyanın tammiqyaslı təcavüzü başlanandan Ukraynaya dəstək üçün vəsait toplanmasını təşkil edib.
"Bacıların birliyi" haqqında mahnı bəzilərinə hazırda Ukrayna ilə Rusiya arasında gedən müharibə kontekstində yersiz görünüb.
"Qrupu müxtəlif slavyan xalqları təmsil edir. Patrisiya, Bara və Marketa çexiyalı, Tereza slovakiyalı, Tanita bolqar, Olesya rus, musiqiçi Katerina ukraynalıdır. Bizim üçün bacı münasibətləri həmişə vacib olub. Bizi birləşdirən acıma hissi, həmrəylik və dəstəkdir.
Biz bunları bütün dünyada yaymaq istəyirik və möhkəm əminik ki, qadınların sevgi və təhlükəsizliyə təbii tələbatı var. Bacılıq qrupda, fərqli olmağımıza rəğmən, bizi birləşdirir", - qrup iştirakçıları "İnstagram" səhifəsində yazıb.
"Avroviziya-2023" beynəlxalq musiqi müsabiqəsi Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. 2022-ci ildə yarışmanın finalında Ukraynanın "Kaluş orkestra" qrupunun "Stefaniya" mahnısı qalib gəlib və 2023-cü ildə tədbir Ukraynada keçirilməli idi.
Lakin Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi səbəbindən Avropa Yayım İttifaqı müsabiqənin keçirilmə hüququnu nümayəndəsi Sem Rayderin "Space Man" mahnısı ilə ikinci yeri tutan Böyük Britaniyaya verib.
Yanvarın sonunda mahnı müsabiqəsinin təşkilatçıları "Avroviziya-2023" müsabiqəsinin atributlarını təqdim edilib. Yarışmanın şüarı "Musiqi birləşdirir" sözləridir.
Yarışmanın loqotipi bir vuran müxtəlif rəngli ürəklərdən ibarətdir. Bu zaman rənglər palitrasının əsasını Ukrayna və Böyük Britaniya bayraqlarının rəngi təşkil edir.

Bu xəbər oxucular tərəfindən 273 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |