Şrift:
Azərbaycanda Türkiyə mədəniyyəti günləri
24.01.2013 [15:10] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Bu il Azərbaycanda Türkiyə mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur. Tədbirin aprel və ya may ayının sonunda gerçəkləşəcəyi gözlənilir.Mədəniyyət və Turizm Nazirliyinin saytının yaydığı xəbərə görə, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtım müşaviri Əhməd Seyyid Arslan mətbuat nümayəndələri ilə görüşündə məlumat verib.
Müşavir Türkiyədə turizmin müxtəlif növlərinin inkişafına böyük önəm verildiyini də deyib. O bildirib ki, qardaş ölkə turizmin Azərbaycanda inkişaf etdirilməsinə də töhfə verir. Azərbaycan Turizm İnstitutu və Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilən proqram çərçivəsində türkiyəli mütəxəssislər hotel xidməti ilə bağlı təcrübələrini bölüşüblər. Ötən il Türkiyə Bakıda keçirilən ənənəvi Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə tərəfdaş ölkə olaraq qatılıb. Bu il Türkiyə turizminin Azərbaycanda tanıtım kampaniyasına mart ayının 15-də start veriləcək.
Bu xəbər oxucular tərəfindən 963 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed