Şrift:
NATO-nun Baş katibi: Alyans Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır
17.02.2023 [10:21] - Gündəm, Siyasət
NATO Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Eyni zamanda o, etiraf edib ki, bu qarşıdurmanın nə qədər davam edəcəyini proqnozlaşdıra bilmir, çünki hər şey birdən dəyişə bilər.

Stoltenberq əlavə edib ki, NATO həmişə Rusiya ilə vəziyyəti yaxşılaşdırmaq üçün imkanlar axtarır.

Rusiyanın ATƏT-dəki nümayəndəsinin müavini Maksim Buyakeviç isə demişdi ki, NATO ölkələri Rusiya ilə qarşıdurma ssenarilərini hazırlamaq üçün Ukraynadakı münaqişədən istifadə edir.
Bu xəbər oxucular tərəfindən 262 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed