Şrift:
Cənub Qaz Dəhlizi ilə Avropaya 21 milyard kubmetr qaz tədarük olunub
22.02.2023 [11:09] - Gündəm, İqtisadiyyat
Cənub Qaz Dəhlizi ilə iki ildən artıqdır ki, Avropaya 21 milyard kubmetr qaz tədarük edilib.

Bunu energetika naziri Pərviz Şahbazov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbirdə bildirib.

Nazir əlavə edib ki, ölkəmiz neft təchizatçısı kimi Xəzər dənizi ilə Aralıq dənizi, qaz təchizatçısı kimi Xəzər dənizi ilə Adriatik dənizi arasında yaratdığı enerji bağlantılarını daha da şaxələndirir.

Onun sözlərinə görə, yaşıl enerji tədarükçüsü kimi Xəzər dənizi ilə Qara dəniz arasında enerji bağlantısı qurmaq yaşıl enerji gündəliyinin priorietləri sırasındadır. 25 QVt-dək yaşıl enerji istehsalı ilə bağlı layihələr orta və uzunmüddətli dövrdə bərpa olunan enerji və yaşıl hidrogenin təchizatçısı kimi ölkəmizin mövqeyini gücləndirəcək.
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed