Şrift:
“Gənclərin Avrointeqrasiya Modeli” Forumu keçirəcək
25.01.2013 [11:44] - Gənclik
28 yanvar, 2013-cü ildə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq “Gənclərin Avrointeqrasiya Modeli” Forumu keçirəcək. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın avrointeqrasiya prosesində gənclərin rolunu, gənclərin aktivliyi bu prosesdə aşılamaq və Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsində avrointeqrasiyanın əhəmiyyətini vurğulamaqdır.

Tədbirin məruzəçiləri təsdiq olunmuşdur. Belə ki, AR Prezident Administrasiyasının ictimai təşkilatlarla iş üzrə sektor müdiri Elman Paşayev, AR Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Avropa Birliyinin Azərbaycandakı nümayəndə rəhbəri Roland Kobia, Fransanın Azərbaycandakı Səfiri Paskal Meunyer, Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun iştirak edib məruzə edəcək.

Forumda Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğunda QHT-lərin rolu, Avropa təsisatlarında Azərbaycan gəncliyinin aktivliyi, avrointeqrasiya prosesində İKT-nin rolu və Azərbaycan təcrübəsi, Azərbaycan-Avropa strateji siyasətin istiqamətləri, Avropaya inteqrasiya prosesində Azərbaycanda həyata keçirilən gənclər siyasəti, Azərbaycan-NATO əlaqələri və s. movzularda məruzələr olacaqdır. Forumda müzakirələrin olması gözlənilir.

Forumda gənclər təşkilatlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri və KİV iştirak edəcəkdir.
Forum 28 yanvar,saat 10.30-da Park İnn mehmanxanasının Dan Ulduzu zalında keçiriləcək.

Jalə Əliyeva
AGAT katibliyi
Bu xəbər oxucular tərəfindən 1221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed