Şrift:
Antarktidada buz təbəqəsinin əriməsi rekord həddə çatıb
28.02.2023 [10:25] - Gündəm, Hadisə
Fevralda Antarktidada buz təbəqəsinin səviyyəsi 45 illik tarixi minimuma enib.

Bu barədə ABŞ-ın Milli Qar və Buzlaqlar Data Mərkəzi məlumat yayıb.

Mərkəz bildirir ki, buz təbəqəsinin səviyyəsi peyk ölçmələrinin aparılmağa başladığı 45 ildə ən aşağı səviyyəyə enib. Bununla da 2022-ci ilin fevralındakı antirekord yenilənib. 21 fevral 2023-cü il tarixdə buz təbəqəsinin sahəsi 1,79 milyon kvadrat kilometr olub.

Mərkəz bildirir ki, buzların əriməsinin təsiri dərhal hiss edilməyəcək. Buz təbəqəsinin əriməsi hər yayda baş verir, qışda isə bərpa olur. Lakin son 2 ildir qışda bu bərpa prosesi müşahidə olunmur.
Bu xəbər oxucular tərəfindən 3449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed