02.03.2023 [10:47] - Gündəm, İdman
Martın 2-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Dan Kolov və Nikola Petrovun xatirə turnirinə qatılacaq Azərbaycan güləşçiləri bəlli olub.
Federasiyadan verilən məlumata görə, ənənəvi yarışda ölkəni 9 güləşçi təmsil edəcək. Sərbəst güləş üzrə yarışda məşqçilər Arif Abdullayevlə Rövşən Hacıyevin rəhbərliyi altında İntiqam Vəlizadə (61 kq), Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), İbrahim Yusubov (92 kq), Rahid Həmidli və Georgi Meşvildişvili (hər ikisi 125 kq) mübarizə aparacaq.
Qadın güləşi üzrə yığmanın baş məşqçi əvəzi Rövşən Umudov 3 idmançının xidmətindən istifadə edəcək. Sofiyada Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (62 kq) uğur qazanmağa çalışacaq.
III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.
Qeyd edək ki, yarış martın 5-dək davam edəcək

Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |