Şrift:
Martın 11-12-də İtaliyada cüdo üzrə açıq Avropa kuboku yarışları keçiriləcək
07.03.2023 [12:32] - Gündəm, İdman
Martın 11-12-də İtaliyanın paytaxtı Romada cüdo üzrə açıq Avropa kuboku yarışları keçiriləcək.
Turnirdə ölkəmizi 12 cüdoçu – Rəşad Yelkiyev, Kənan İsmayılov (hər ikisi 60 kq), İsmayıl İbrahimov, Tofiq Əliyev (hər ikisi 66 kq), Telman Vəliyev, İbrahim Əliyev, Zaməddin Poladov (hər üçü 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Adil Kərimli, Ruslan Nəsirli və Aslan Mirzəyev (hər üçü 100 kq) təmsil edəcək.

Turnirdə 37 ölkədən 427 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed