Şrift:
Ermənistan rəhbərliyinə ünvanlanmış məktubumuza cavab gözləyirik
14.03.2023 [10:37] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Azərbaycan hökumətinin Qarabağ bölgəsinin erməni sakinlərini Bakıya dəvət etməsini dəstəkləyən bəyanat yayıb.
Bəyanatda bildirilir: "Biz Azərbaycan hökumətinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrini re-inteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün görüşə dəvət etməsini alqışlayırıq: "Bölgədə sülh və əmin-amanlığın yolu dialoq, barışıq və re-inteqrasiyadan keçir.

Eyni şəkildə, biz Ermənistan hökumətinin Ermənistandan qovduğu azərbaycanlıların öz evlərinə geri qayıtması üzrə bizim danışıqlara başlamaq təşəbbüsümüzə cavab verməsini gözləyirik. Qərbi Azərbaycan İcması olaraq, biz bu günlərdə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana məktub ünvanlamışıq və Ermənistan hökumətini öz evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququmuzun reallaşması üzrə dialoqa başlamağa çağırmışıq.

Biz Ermənistan rəhbərliyinə ünvanlanmış məktubumuza cavab verməsini və danışıqlara başlamaq üçün təkliflər gözləyirik.

Bu danışıqlar ilə bağlı bizim platformamız təməl insan hüquqlarına, beynəlxalq humanitar hüquqa və re-inteqrasiyaya əsaslanır.
Xarakterik haldır ki, həm Azərbaycanda yaşayan ermənilər, həm də Ermənistandan qovulmuş azərbaycanlılar ilə bağlı məsələlər üzrə dialoq təşəbbüskarı müvafiq olaraq Azərbaycan dövləti və Qərbi Azərbaycan İcmasıdır. Ümid edirik ki, erməni tərəfi “etnik uzlaşmama” kimi qeyri-konstruktiv yanaşmasından əl çəkəcək və etnik müxtəliflik, tolerantlıq və çoxmədəniyyətlilik kimi ülvi bəşəri dəyərlərə əsaslanan addımları dəstəkləyəcək",-bəyanatda bildirilir.
Bu xəbər oxucular tərəfindən 170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed