Şrift:
Azərbaycan boksçusu beynəlxalq turnirin finalına yüksəlib
30.03.2023 [10:36] - Gündəm, İdman
Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir.

Boks Mərkəzində keçirilən yarışın ikinci günündə yeddi çəki dərəcəsində 19 döyüş təşkil olunub.

Bu qarşılaşmalardan 18-i dörddəbir final mərhələsi çərçivəsində baş tutub. Görüşlərin yekuna əsasən yarımfinala vəsiqə əldə boksçular bəlli olub. Yarışda 48 kiloqram çəki dərəcəsində isə finalçının adına aydınlıq gəlib.

Azərbaycan boksçularından 4-ü yarımfinala yüksəldiyi halda, 1-i həlledici görüşdə iştirak hüququ qazanıb.

Turnirin üçüncü günündə 19 görüş olacaq. Döyüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın final döyüşləri aprelin 1-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed