Şrift:
Bakıda “Disney” multimedia şousu olacaq
19.04.2023 [10:02] - Mədəniyyət
“Art-East Media Group” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 2023-cü il iyunun 3-4-də paytaxt sakinlərini və şəhərimizin qonaqlarını son zamanların virtuoz yaradıcı kollektivinin, öz sahəsində liderlərlə rəqabət aparan və konsertləri anşlaqla keçən “Avanqard” kamera orkestrinin iştirakı ilə multimedia “Disney” şousuna dəvət edir.

Kompaniyanın mətbuat xidmətindən bildiriblər ki, bu möhtəşəm şouda nağıl və ən məşhur cizgi filmlərinin qəhrəmanları sizin qarşınızda olacaqlar. Nostalgiya və sehrli dəqiqələr yaşamaq istəyənlər, həmçinin bu heyranedici hisslərin təsiri altında uzun müddət qalmağı arzu edənlər canlı və ecazkar musiqinin sədaları altında məşhur qəhrəmanlarla ünsiyyət quracaqlar. Bu şou uşaqların səmərəli istirahətini təmin edəcək, onların dünyagörüşünü artıracaq və azyaşlılarda bədii-estetik zövqü inkişaf etdirəcək.
Bu xəbər oxucular tərəfindən 5195 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed