Şrift:
Formula 1 Azərbaycan Qran-Prisinin Media Mərkəzi fəaliyyətə başlayıb
27.04.2023 [10:19] - İdman
Aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin Media Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzdə yerli və əcnəbi media nümayəndələri və fotoqraflar üçün hər cür şərait yaradılıb. Məkan özünəməxsusluğu və üstünlüyü ilə seçilir.

Mərkəzdə media nümayəndələrinin yürüşləri izləməsi üçün xüsusi monitorlar quraşdırılıb və fotoqrafların çəkiliş məkanlara çatdırılması üçün hər cür şərait yaradılıb.

Aprelin 28-29-da mərkəz səhər saat 08:00-dan 00:00-dək, ayın 30-da isə səhər eyni saatdan sonuncu media nümayəndəsi məkanı tərk edənəcən açıq olacaq.

“Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən və ölkəmizin yeddinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisinə bütün tribuna biletləri satılıb. Yarış rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən gələn ən böyük azarkeş qrupunu Bakıda bir araya toplayacaq. Yarış həftəsonunda dünyanın dörd bir yanından gələn turistlər Formula 1 Azərbaycan Qran-Prisində öz ölkəsini azarkeş qismində təmsil edəcək.
Bu xəbər oxucular tərəfindən 1675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed