Şrift:
Bəhreyn parlamentinin spikeri: Azərbaycan Milli Məclisi ilə daha sıx əməkdaşlıq edəcəyik
11.05.2023 [13:43] - Gündəm, Siyasət
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh ilə görüşündə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bəhreyn parlamentinin spikeri iki dost ölkə - Azərbaycan və Bəhreyn arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, əlaqələrin inkişafında qanunverici orqanların mühüm rol oynadığını söyləyib. O vurğulayıb ki, bu ilin martında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Manamada aparılan danışıqlar ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə olub. Əl-Saleh müxtəlif ölkələrin parlamentləri arasında əlaqələrin möhkəmlənməsində Azərbaycan Milli Məclisinin irəli sürdüyü təşəbbüslərin xüsusi rol oynadığını bildirib. Parlamentin spikeri, həmçinin Azərbaycanın təşəbbüsü ilə təsis edilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, Bəhreyn Krallığının parlamenti Azərbaycan Respublikasının Milli Məclisi ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir.

Səfir Şahin Abdullayev, öz növbəsində, Bəhreyn Şura Məclisinin sədrinə Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb, iki dost ölkənin parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. O, cari ilin martında Bəhreynin ev sahibliyi etdiyi Parlamentlərarası İttifaqın (IPU) 146-cı Baş Assambleyasının uğurla keçdiyini bildirib, Bəhreyn Şura Məclisinin dünyanın 179 parlamentini birləşdirən bu təşkilat, həmçinin digər beynəlxalq qurumlar arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rolunu qeyd edib.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed