Şrift:
Cənubi koreyalı İranın milyardını oğurlayıb
30.01.2013 [10:34] - Güney Azərbaycan xəbərləri
Cənubi Koreya vətəndaşı olan ABŞ-da doğulmuş 73 yaşlı Çanq adlı bir nəfər İranın Cənubi Koreya banklarında olan hesablarından qanunsuz olaraq, 1,02 milyard dollar maliyyə vəsaiti köçürməkdə şübhəli bilinir.

«RBK»-ın yaydığı məlumata görə, o, pulları özünün saxta bank hesabına köçürüb. İstintaq hələlik onun kimliyi barədə məlumat yaymayıb. Məlum olan adı və yaşıdır.

İran hakimiyyətinə məxsus maliyyə vəsaiti 2011-ci ildə «Industrial Bank of Korea»-dan möhtəkirlik çıxarılıb. Mənbənin məlumatına əsasən, adı çəkilən maliyyə qurumuna İran tərəfindən bütün sənədlər göndərilib.

Müstəntiqlərin ehtimalına görə, cinayətkarın İranla əlaqəsi olub, ancaq Tehranla Seul arasında cinayət məsələləri üzrə əməkdaşlığa dair müqavilə olmadığından bu versiyanın təsdiqlənməsində çətinliyin olduğu iddia edilir.

Cənubi Koreya iş adamları cəmiyyəti təmsilçilərinin dəyərləndirməsinə görə, İslam Respublikasının bu ölkədə 5-6 milyard dollarlıq aktivi var.
Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed